IQNA

Sudani Həşdi-Şəbi qərargahlarına edilən hücumları pislədi

15:33 - July 29, 2026
Xəbər sayı: 3500858
İQNA- İraqın sabiq Baş naziri Məhəmməd Şiya əs-Sudani ötən gecə İraqın bir neçə əyalətində Həşdi-Şəbi təşkilatının qərargahlarına edilən hücumları pisləyib və ölkənin suverenliyinin pozulmasının nəticələri barədə xəbərdarlıq edib.

"Əl-Məsirə" şəbəkəsinə istinadən "İqna"-nın məlumatına görə, Məhəmməd Şiya əs-Sudani ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı Həşdi-Şəbi (Xalq Səfərbərlik Qüvvələri) təşkilatının bir sıra qərargahlarına qarşı həyata keçirdiyi təcavüzkar hücumlara reaksiya verərək vurğulayıb: "Biz Səudiyyə-Amerika koalisiyasının Həşdi-Şəbi qüvvələrinin qərargahına hücumunu ən kəskin şəkildə pisləyirik."

O əlavə edib: "Bu təcavüz İraqın suverenliyinin, beynəlxalq hüquq normalarının və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq-aşkar pozulmasıdır."

Sudaninin sözlərinə görə, bu məsələ İraq hökumətinin hərbi gərginliyi artırmadan, qanuni mexanizmlər və rəsmi qurumlar vasitəsilə bu kimi məsələləri həll etmək əzmində olduğunu və buna sadiq qaldığını nümayiş etdirir.

O, həmçinin bildirib: "İraq beynəlxalq hüquqa, xüsusilə BMT Nizamnaməsinin təhlükəsizliyin müdafiəsi, suverenlik və xalqının sağlamlığı ilə bağlı 51-ci maddəsinə əsasən, bütün qanuni hüquqlarını özündə saxlayır."

Sudani vurğulayıb ki, İraqın sabitliyinə qarşı istənilən təcavüz qəbuledilməzdir və buna qarşı susmaq olmaz.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün səhər saatlarında ayrı-ayrılıqda bəyanatlar yayaraq, birgə əməliyyat nəticəsində İraqdakı müqavimət qruplarına məxsus bir neçə baza və silah anbarını hədəf aldıqlarını elan ediblər.

4366948

Teqlər: İraq ، abş ، səudiyyə ، ərəbistan
captcha