IQNA

Yüzlərlə iordaniyalı şəxsiyyətdən ABŞ hərbçilərinin ölkədən çıxarılması ilə bağlı çağırış

17:35 - July 30, 2026
Xəbər sayı: 3500862
İQNA-Qərbi Asiyada gərginliyin artması fonunda İordaniyanın yüzlərlə siyasi, hüquqi və ictimai xadimi açıq məktub imzalayaraq, ABŞ qüvvələrinin ölkə ərazisindən çıxarılmasını tələb ediblər.

"İQNA"-nın "New York Times"a istinadla verdiyi məlumata görə, İordaniyanın yüzlərlə siyasi, hüquqi və ictimai xadimi açıq məktub imzalayaraq ABŞ qüvvələrinin ölkə ərazisindən çıxarılmasını tələb ediblər.

Məktubu imzalayanlar ABŞ-ın hərbi mövcudluğunu təhlükəsizlik, siyasi və iqtisadi təhdid kimi qiymətləndirərək bildirirlər ki, bu mövcudluq İordaniyanı ölkənin heç bir şəkildə iştirak etmək istəmədiyi bir müharibəyə sürükləyir.

"New York Times"ın hesabatına əsasən, İordaniya mediasının əksəriyyəti bu məktubu dərc etməkdən imtina edib və kampaniyanın təşkilatçıları xəbərdarlıq ediblər ki, imza atan şəxslər həbs və məhbusluq təhlükəsi ilə üzləşə bilərlər.

Bu məktub o halda dərc olunub ki, İordaniyadakı ABŞ bazaları İslam Respublikasının silahlı qüvvələrinin raket və dronlarla cavab zərbələrinin hədəfi olub.

4367121

Teqlər: abş ، İordaniya ، asiya
captcha