IQNA

Nepalda müsəlmanlara qarşı zorakılıqların artması

2:29 - August 03, 2026
Xəbər sayı: 3500878
İQNA- Nepalın cənubunda müsəlmanlar dini zəmində zorakılıq dalğası ilə üzləşib, onların məscidləri və evləri radikal qrupların hücumuna məruz qalıb.

"İQNA"-nın "Vasl" veb-saytına istinadla verdiyi xəbərə görə, Nepalın cənub-şərqi, xüsusilə Hindistan sərhədindəki Kuçi və Madeş bölgələri 2026-cı ilin iyul ayının sonlarından etibarən bu ölkənin müsəlmanlarına qarşı mütəşəkkil zorakılığın təhlükəli dərəcədə güclənməsinin şahididir.

Bu zorakılıqlar bilavasitə və sistemli şəkildə müsəlman azlığını hədəf alır, onların təhlükəsizliyini və mövcudluğunu təhdid edir. Bu hadisələri alovlandıran qığılcım iyulun 26-sı gecə saatlarında Sunsari rayonunun Divançanq bələdiyyəsində aşkar bir təxribatçı hərəkətdən sonra baş verib. Belə ki, bir qrup hindu məscidin qarşısında ucadan musiqi və dini simvollarla qarışıqlıq yaradıb. Müsəlmanlar etiraz edərək məscidin müqəddəsliyinə hörmət tələb etdikdə, daş-qalaq və zorakı toqquşmalarla qarşılaşıblar.

Zorakılıq bununla kifayətlənməyib; sürətlə Siraha, Danuşa, Sarlahi və Saptari bölgələrinə yayılıb. Bu təcavüz nəticəsində azı üç nəfər şəhid olub, onlarla insan yaralanıb. Bu hadisələr rəsmiləri komendant saatı tətbiq etməyə və təhlükəsizlik qüvvələrini yerləşdirməyə məcbur edib, lakin bu tədbirlər çox gecikmiş şəkildə həyata keçirilib.

Virtual məkanda yayılan videolar göstərir ki, radikal hindu dəstələri Nepal müsəlmanlarına məxsus dükan və emalatxanaları yandıraraq onların iqtisadi dolanışıqlarını məhv etməyi hədəfləyirlər və eyni zamanda küfr dolu şüarlar səsləndirirlər. Bu vəziyyət fonunda məscidlər də müqəddəsliyi aşkar şəkildə pozularaq dağıdılıb və yandırılıb.

4367728

Teqlər: nepal ، müsəlman ، İslam ، islamafobiya
captcha