İQNA Quran Xəbər Agentliyinin “FaktXeber” ə istinadən verdiyi məlumatına görə, bu gün səhər saatlarında bir qrup vətəndaş Beynəlxalq Qüds günü ilə əlaqədar Fələstində qətliamlar törətmiş İsrail rejiminin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriblər. Aksiyada işğalçı rejimlərə qarşı bir sıra şüarlar səsləndirilib. Aksiyada "İsrailə ölüm olsun!", "Qaniçən və işğalçı Ermənistana ölüm olsun!", "Fələstindən və Qarabağdan əl çəkin!" və sair bu kimi şarlarla çıxış edən aksiya iştirakçıları səfirliyin önündə toplaşaraq etirazlarını səsləndiriblər.
Aksiya bitdikdən sonra dağılışmağa başlayan insanların üzərinə polislər hücum çəkib və təxminən 60 nəfər həbs edilib. Həbs edilənlər arasında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da var.