İQNA Quran Xəbər Agentliyinin ,Rusiyanın Müftilər Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər nazirinin birinci müavini Andrey Denisof bu ölkənin Müftilər Şurasının sədri Raul Ğeynuddinə rəsmi məktub ünvanlayıb. Məktubda birinci beynəlxalq "Halal" məhsullar sərgisinin nəticələrindən razılığını bildirib və ikinci beynəlxalq "halal" məhsulalr sərgisinin təşkil olunmasını XİN-in dəstəklədiyini deyib.
Rusiyanın XİN-ni bu ölkənin Müftilər Şurasının Rus və digər şirkətlər arasında ticari əlaqələr yaratmaq üçün səylərini qiymətləndirib və "Halal" məhsullar sərgisinin təşkilinin İslam ölkələri və Rusiya arasında əlaqələrin inkişafında böyük rol oynadığını vurğulayıb.
Məktubun sonda XİN-nin birinci müavini qeyd edib ki, XİN Moskvada ikinci beynəlxalq "Halal" məhsullar sərgisinin keçirilməsinin təşkil olunmasına hər cürə köməklik göstərməyə hazırdır.
648344