IQNA

Almaniya prezidenti İstanbulda Sultan Əhməd məscidində olub

19:45 - October 26, 2010
Xəbər sayı: 2020347
Beynəlxalq şöbə: Türkiyədə səfərdə olan Almaniya prezidenti Kristian Volf İstanbulda Sultan Əhməd məscidində olub.
İQNA Quran agentliyi “samanyolohaber” -ə istinadən məlumat verir ki, Almaniya prezidenti oktyabrın 22-də İstanbulda bir neçə kilsəni gəzdikdən sonra, Sultan Əhməd və Ayasofya muzeyini də gəzib.
Volf İstanbulda Kilsə rəhbərləri ilə görüşündə bildirib ki, ümid edirəm dünyada bütün dinlər arasında danışıqlar geniş şəkildə aparılacaq. Yəhudiyyət, İslam və məsihiyyət arasında danışıqların aparılması zəruridir.
Qyed edək ki, Volf Türkiyəyə səfər öncəsi öz çıxışında islam və müsəlmanları Almaniya əhalisinin bir parçası olduğunu bəyan etmişdi. Volfun bu çıxışı islama zidd quruplaşmaların etirazına səbəb olmuşdu. ALmaniya jurnallarından biri Volfun şəklini müsəlmanların geyimində nəşr edərək onu lağa qoymuşdu. 680517
captcha