IQNA

Ispaniyada “İslam dünyası giopolitikası” seminarı keçiriləcək

0:57 - November 03, 2010
Xəbər sayı: 2024567
Beynəlxalq şöbə: İspaniyanın “Kurduba” şəhərində noyabrın 4-6-da “İslam dünyası giopolitikası” seminarı keçiriləcək. Seminarın təşkil olunmasına YUNESKO və İslam dünyası və Ərəb araşdırmalar beynəlxalq müəssisəsi dəstək verib.
İQNA Quran agentliyi “Casaarabe” saytına istinadən məlumat verir ki, seminarda İspaniyanın müxtəlif şəhərlərindən ekspertlər və universitet müəllimləri iştirak edəcək. Seminar yerli vaxtla saat 17-də Kurduba Universitetində keçiriləcək.
Seminarın ilk günündə “Ərəb dünyasında şiə və süni” mövzusunda Gema Martin Munozun məqaləsi, “İslamın giopolitikasının müxtəlif sahələri” mövzusunda Jordi Mur Rasın məqaləsi müzakirə olunacaq.
Seminarın ikinci günü Barselona universitetindən Antoni Segura “Ərəb İslami” mövzusunda məqaləsi, Okstramadora universitetindən Maria Jesus Merinero “İran İslam Respublikası və giopolotik” mövzusunda çıxış edib.
Barselona Universitetindən Francisco Veiqa “Türkiyə və bu ölkənin Yaxın Şərqdə siyasəti” mövzusunda çıxış edəcək. 687200
captcha