İQNA Quran agentliyi “Əl-Cəzirə” kanalına istinadən məlumat verir ki, Britaniya Araşdırmalar Mərkəzinin son araşdırması göstərir ki, Britaniyada hər 5 min nəfər İslam dinini qəbul edir. Məlumata əsasən, 2001-ci ildə Britaniyada müsəlman olmuş qadınların sayı kişilərə nisbətən çox olub.
Mərkəzin məlumatında bildirilir ki, bundan öncə müsəlman olanların Britaniyada ictimai yaşayış tərzini dəyişdirməsi hada məlumatlar gedirdi, lakin bu belə deyil. İnsanların müsəlman olması yaşayış tərzinə heç bir təsir etmir, Müsəlman olmuş şəxslərin fikrincə Qərb yaşayış tərzi İslam dini ilə heç bir ziddiyyət təşkil etmir. 727393