IQNA

Fransada İslami istehlakçılar birliyi təsis olunub

1:05 - May 09, 2011
Xəbər sayı: 2118855
Beynəlxalq şöbə: Fransa İslami İstehlakçılar Birliyi (UFCM) bu ölkədə halal məhsulların vəziyyətini araşdırmaq məqsədi ilə təsis olunub.
İQNA Quran agentliyinin “al-kanz” saytına istinadən məlumatına əsasən, birlik www.ufcm.fr internet səhifəsində yayımladığı bəyanatda bildirir ki, Fransada yaşayan müsəlman istehlakçıların vəziyytəini araşdırmaq , bazarda olan halal məhsulların vəziyyəti və qeyri-islami məhsulların halal brendi ilə satışının həyata keçirilməsinin qarşısını almaq birliyin yaradılmasından əsas məqsəddir.
Bəyanatın həmçinin bildirilir ki, müsəlman istehlakçıların narahatçılığı istehsalçı şirkətlərin maraqlandırmır. Onlar qeyri-islami məhsulu halal məhsul kimi bazaar çıxarır və kimsə onlara qarşı çıxmır. Lakin yeni yaradılmış birlik bu kimi hallarla mübarizə aparacaq.
Birlik rəhbərləri müsəlman vətəndaşları sayta müraciət edərək halal brendli məhsullar satan şrikətlərdən öz şikayətlərini birliyə bildirsinlər. 787760
captcha