İran Quran Xəbər Agentliyi (İQNA): “RMF” və “lermf” xəbər bürolarının məlumatına əsasən, Fransa müsəlmanları cəmiyyəti bu bəyannamədə mübarək Ramazan ayının başlanması vaxtının hər il müxtəlif ixtilaflara səbəb olmasına baxmayaraq, Fransa müsəlmanlarının məhz mordadın 10-dan oruc tutacaqları qeyd olunub.
Bu bəyanatda eləcə də, elmi hesablamalara əsasən, ay və günəşin çıxma vaxtı da mordadın 10-u qeyd edilib. Fransa müsəlmanları cəmiyyəti oruc tutan şəxslərə əsas elmi və dəqiq məlumatlara əsaslanaraq son xəbərləri çatdıracağına söz verdi.
Fransa müsəlmanları şurası dövlətin hələ də bu ölkənin müsəlmanlarına Mübarək Ramazan ayının başlanmasını elan etmədiyini bildirdi. 822382