IQNA

Fars Körfəzi Əməkdaşlıq Komitəsi yəmənli inqilabçıların öldürülməsinin əsl günahkarıdır

16:18 - September 22, 2011
Xəbər sayı: 2191908
Beynəlxalq şöbə: Yəmənin Milli Şurasının sözçüsü bildirib ki, yəmənli inqilabçıların öldürülməsində əsl günahkar Əli Abdullah Salehə təqib olunmayacağı barədə zəmanət verən Fars Körfəzi Əməkdaşlıq Komitəsidir.

İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən Milli Şurasının sözçüsü Muhəmməd Qəbbati mövzuyla əlaqədar şərh verərərk bildirib ki, Fars Körfəzi Əməkdaşlıq Komissiyasının Əli Abdullah Salehə təqib olunmamamsı zəmanətinin verilməsinin nəticəsində Saleh rejimi inqilabçı yəmənliləri öldürməyə başlayıb.
O, həmçinin qeyd edib ki, Saleh hökuməti əlində tutmaq məqsədsilə insanları öldürmək kimi əlindən gələn hər şeyi edə bilər. M.Qəbbati bir çox siyasi qrup və partiyanın da daha əvvəl Saleh rejiminin günahsız insanları öldürdüyü mövzusunda xəbərdarlıq etdiyini söyləyib. 865057

captcha