IQNA

Sionist qəsəbə sakinləri Susiyə şəhərində fələstinlilərin evlərinə hücüm etdilər

20:43 - July 14, 2012
Xəbər sayı: 2368230
Beynəlxalq qrup: İşğalçı sionist qəsəbə sakinləri Əl-Xəlilin cənubunda yerləşən Susiyə şəhərində fələstinlilərin evlərinə hücüm edərək fələstinlilərin evlərinin divarlarına irqçi şüarları yazdılar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) «Palestine Info» saytına istinadən verdiyi xəbərə görə bir qrup işğalçı sionist qəsəbə sakinləri – ki, qəsəbələrini Fələstin torpaqlarında tikiblər, Əl-Xəlilin cənubunda yerləşən Susiyə şəhərində fələstinlilərin evlərinə hücüm edərək fələstinlilərin evlərinin divarlarına, çadırlara və su anbarlarının üzərinə fələstinlilərin əleyhinə onların Fələstindən çıxarılacaqları mövzuda irqçi şüarları yazdılar.
Bu ifratçı və irqçi yəhudilər şüarlarında ərəblərin öldürülməsini və Fələstin torpaqlarından çıxarılmalarını özlərinin ən böyük qələbəsi hesab etmişlər.
İşğqalçı sionist qüvvələri Susiyədə yaşayan fələstinliləri evlərinin dağıdılacağı ilə təhidid ediblər.
1052342
captcha