IQNA

Həmas şəhidlərinin cənazəsi Dohada dəfn olundu

13:06 - September 12, 2025
Xəbər sayı: 3498850
İQNA - Sionist rejiminin terror hücumu nəticəsində Dohada Həmas hərəkatının rəhbərlərinin toplantısında şəhid olanların cənazələri Qətər Əmiri Təmim bin Həmd Ali Saninin iştirakı ilə dəfn edildi.

 

“İQNA”, “Əl-Qüds əl-Ərəbi”yə istinadən xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyi yaydığı bəyanatda bildirib: “Son hava hücumunda şəhid olanların cənazə namazı əsr namazından sonra Dohadakı Məhəmməd bin Əbdülvəhhab məscidində qılınıb”.

Qətər Daxili İşlər Nazirliyi vurğulayıb ki, şəhidlərin cənazələri Məsimiyr qəbiristanlığında torpağa tapşırılıb.

Sionist rejimin ordusu və Şabak çərşənbə axşamı axşam saatlarında rəsmi bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi atəşkəs planını müzakirə etmək üçün toplanan Həmas rəhbərlərinin Dohadakı iclasına edilən terror xarakterli hava hücumunun məsuliyyətini öz üzərlərinə götürüblər. Bu hücumda Həmas hərəkatının 5 üzvü və bir qətərli təhlükəsizlik əməkdaşı şəhid olub.

Beş Həmas üzvünün cənazəsi Fələstin bayrağına, qətərli təhlükəsizlik əməkdaşının cənazəsi isə Qətər bayrağına bürünüb.

Qətər əmiri Təmim bin Həmd Ali Sani cənazə namazı və dəfn mərasimində ön sırada dayanıb. İştirakçıların çoxu ənənəvi ağ ərəb geyimində, bəziləri isə adi və ya rəsmi geyimdə mərasimə qatılıb.

Dohada, xüsusən də Məhəmməd bin Əbdülvəhhab məscidinə (cənazə mərasiminin keçirildiyi yer) aparan yolların bir qismi bağlanıb. Bu məqsədlə Qətərin “Ləxviyə” adlanan təhlükəsizlik qüvvələri geniş şəkildə bölgədə yerləşdirilərək, mərasimin təhlükəsizliyini təmin edib və mümkün hər hansı pozuntunun qarşısını alıblar.

Bundan əlavə, Həmas rəhbərlərindən Osamə Həmdan, İzzət ər-Rişq və Hüssam Bədran bu gün Qətərdə İsrail rejiminin hücumunda şəhid olanların dəfn mərasimində iştirak ediblər və onların kameralar qarşısında görünməsi xəbər mediasının diqqətini çəkib.

kod

4304543

captcha