
İslam.az-ın ANS PRESS-ə istinadla verdiyi xəbərə görə, cümə namazının təşkilatçıları bu addımları ilə bir neçə gün əvvəl atesit tərəfindən qətl olunan 3 günahsız müsəlmanın ölümünə diqqəti cəlb etməyə çalışıblar.
Havanın kəskin soyuq olmasına baxmayaraq kütləvi ibadətdə 200 mömin iştirak edib və öldürülən 3 müsəlman üçün dualar ediblər.
Burda açıqlama verən təşkilatçılar ABŞ-da müsəlmanların özlərini təhlükəsizlikdə hiss etmədiklərini, islamafobiyanın təhlükəli səviyyəyə çatdığını bildirərək 3 müsəlmanın ölümünün “nifrət cinayəti” çərçivəsində araşdırılmasını tələb ediblər.