IQNA

İŞİD Suriyada qadın və uşaq qətliamı törətdi

9:08 - January 19, 2016
Xəbər sayı: 3480073
Tehran, 19. 01. 2016 - İŞİD terror təşkilatının üzvləri Suriyanın Deyr-əz-Zor əyalətində təxminən 280 nəfəri qətlə yetiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli sakinlər məlumat veriblər.

"İŞİD terrorçuları tərəfindən bu gün Deyr-əz-Zorda, əl-Baqiliyədə dəhşətli qətliam törədilib: 280 nəfər öldürülüb. Onlar arasında qadınlar, uşaqlar və qocalar var. Onların öldürülməsi Suriya ordusu ilə əməkdaşlıqla əsaslandırılıb.”, - agentlik məlumat verib.

captcha