IQNA

Kanada müsəlmanları Amerikaya səfər zamanı nigarançılıq keçirirlər

16:42 - July 03, 2018
Xəbər sayı: 3483415
ABŞ prezidenti ilk dəfə 2017-ci ilin Sentyabr ayında bəzi müsəlman ölkələri, o cümlədən İran, Liviya, Sumali, Suriya və Yəmənin vətəndaşlarının ABŞ-a girişinin qadağan olunması barədə fərman imzaladı.

Kanada müsəlmanları Amerikaya səfər zamanı nigarançılıq keçirirlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp ilk dəfə 2017-ci ilin Sentyabr ayında bəzi müsəlman ölkələri, o cümlədən İran, Liviya, Sumali, Suriya və Yəmənin vətəndaşlarının ABŞ-a girişinin qadağan olunması barədə fərman imzaladı.

Bu fərmanın imzalanması həmişə Amerikaya səfər zamanı çətinlik və ayrı-seçkilik ilə üzləşən Kanada müsəlmanlarının vəziyyətini daha da ağırlaşdırdı.

Baxmayaraq ki, bu qanunda Kanada müsəlmanlarının adı keçməyib, amma bu ölkədə yaşayan bir çox müsəlmanlar Amerika sərhəddini keçərkən üzləşdikləri ayrı-seçkilik və süni şəkildə yaradılan problemlərə görə çox narahatdırlar.

Kanadanın Torento şəhərinin müsəlman sakinlərindən biri deyir: Ailəmiz Amerikanın Şikako əyalətində yaşayır. Hər ildə bir neçə dəfə Amerika sərhədini keməyə məcburuq. Hər dəfə sərhədə yaxınlaşanda nəfəsim sinəmdə boğlur və ürəyiş təşvişə düşür ki, mənə viza verəcəklər ya yox. Çünki müsəlmanları sərhəddə incitdiklərini çox eşitmişəm və qorxuram mənimlə də o cür rəftar etsinlər.

Şahidlərin dediklərinə görə, müsəlman ölkələrinin vətəndaşlarını sərhəddə çox incidirlər. Məsələn keçən həftə Suriya əhalisindən olan cavanlar Vaşinqtonda keçirilən festivalda iştirak etmək üçün sərhədi keçmək istəyiblər, amma onlara icazə verməyiblər.

Kanada müsəlmanlarının milli şurası müsəlmanlara səbirli olmağı tövsiyə edərək bildirib ki, Amerika səfirliyinə viza almaq üçün lazım olan bütün sənədləri özünüzlə aparın. Sizə viza vermək istəməyənin kimliyini öyrənin və viza verməməsinin dəlilini göstərən yazılı sənəd tələb edin.   

http://iqna.ir/fa/news/3727027  

Teqlər: iqna ، kanada ، torento ، abş
captcha