IQNA

Qanalı nazir:

Quran prinsiplərinə sadiq qalacam

7:04 - September 05, 2018
Xəbər sayı: 3483791
Qana prezidenti ölkənin Rabitə və İnformasiya naziri Mustafa Həmidi vəzifəsindən azad edərək ölkənin az inkişaf etmiş bölgələrindən biri olan Zongo əyalətinə nazir təyin edib.

Quran prinsiplərinə sadiq qalacamİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Qanadakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Qana prezidenti ölkənin Rabitə və İnformasiya naziri Mustafa Həmidi vəzifəsindən azad edərək ölkənin az inkişaf etmiş bölgələrindən biri olan Zongo əyalətinə nazir təyin edib.

Mustafa Həmid mətbuat konfransında bildirib ki, cəmiyyətin sosial inkişafı üçün ədalət, həqiqət, doğruluq, müqavimət, dözümlülük və haqların qorunması kimi Quran prinsiplərinin həyata keçirilməsi və dini qanunları icrasına bütün gücü ilə çalışacaqdır.

O vurğulayıb: Biz Qurani-Kərimdən başqa rəhbər və hidayətçi tanımıram. Buna görə də bu kitabın prinsipləri və qanunlarına düşüncə və əməl etməliyik. Allah-Taala Qurani-Kərimdə bizə dua etməkdən əlavə yaxşı yaşamağın yollarını da göstərmişdir.

Bu müsəlman nazir mətbuat konfransında vurğulayıb ki, dövlət bütün əyalətlərə, az inkişaf etmiş müsəlman əyalətləri və şəhərlərdə yaşayan cəmiyyətlərə eyni səviyyədə qayğı göstərməlidir.  

Qananın müsəlman naziri Akra şəhərinin müsəlmanları ilə görüşərək dini rəhbərlər və tayfa başçıları ilə görüşüb və onların problemləri ilə maraqlanıb.     

http://iqna.ir/fa/news/3744074  

Teqlər: quran ، qana ، müsəlman ، zongo
captcha