IQNA

50 ildən sonra Nəcəfi ziyarət etdi

15:50 - December 27, 2018
Xəbər sayı: 3484426
Bəhreyn şiələrinin mənəvi lideri və Ali-Xəlifə rejiminin müxalifi Həzrət Ayətullah İsa Qasim İngiltərənin paytaxtı Londondakı müalicə səfərindən dönərkən müqəddəs hərəmləri ziyarət etmək üçün İraqa gedib.

50 ildən sonra Nəcəfi ziyarət etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn şiələrinin mənəvi lideri və Ali-Xəlifə rejiminin müxalifi Həzrət Ayətullah İsa Qasim İngiltərənin paytaxtı Londondakı müalicə səfərindən dönərkən müqəddəs hərəmləri ziyarət etmək üçün İraqa gedib.

Bəhreyn şiələrinin mənəvi lideri və Ali-Xəlifə rejiminin müxalifi Həzrət Ayətullah İsa Qasim 50 il ayrılıqdan sonra, cari həftənin ikinci günü, 25 Dekabr 2018-ci il, Nəcəf şəhərini ziyarət edib.

Onun İraqa səfəri hakimiyyət dairələrinin nəzarəti olmadan, Nəcəf Dini Elmi Hövzəsinin müctəhidləri və alimlərinin dəvəti ilə baş tutub. O, bu səfər çərçivəsində Nəcəf və Kərbəla şəhərlərində Əhli-Beytin (ə) hərəmlərini ziyarət edəcəkdir.

Qeyd edək ki, Bəhreyn şiələrinin mənəvi lideri və Ali-Xəlifə rejiminin müxalifi Həzrət Ayətullah İsa Qasim zalim rejim tərəfindən həbs olunaraq işkəncələrə məruz qaldıqdan və iki il ev dustaqlığı çəkdikdən sonra səhhəti pisləşmiş və müalicə üçün Londona getmişdi.     

http://iqna.ir/fa/news/3775988

captcha