IQNA

 İraqın Milli Tələbə Quran Yarışlarının qalibləri mükafatlandırıldı – Foto

1:41 - April 06, 2019
Xəbər sayı: 3484944
Universitet tələbələri arasında keçirilən Qurani-Kərim yarışlarının hədəfi Qurann mədəniyyətini elm ocaqlarında inkişaf etdirmək və Quran sahəsində parlaq istedadları tanımaq və tanıtmaq olub.

 İraqın Milli Tələbə Quran Yarışlarının qalibləri mükafatlandırıldı – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İraqın Kərbəla şəhərində ölkənin universitetləri arasında keçirilən Milli Tələbə Qurani-Kərim yarışlarının qalibləri mükafatlandırılıb.  

İmam Hüseyn (ə) ziyarətgahının Darul-Quran idarəsi və "Varisul-Ənbiya" universitetinin həmkarlığı təşkil edilən bu yarışlar qrup şəkilində keçirilib.

İmam Hüseyn (ə) ziyarətgahının Akademik Təhsil Mərkəzinin məsulu Şeyx Xeyruddin əl-Hadi bu barədə deyib: Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə iki mərhələdə keçirilən yarışlarda Babil, Bağdad, Kərbəla, Bəsrə, Vasit, Məsna, Varisul-Ənbiya və Texnologiya universitetlərindən 10 qrup iştirak edir.

O əlavə edib: Yarışlarda Bəsrə və Bağdad universitetlərinin komandası birinci və ikinci yerləri qazanıblar. Qaliblərə mükafatlar və hədiyyələr verilib.

Şeyx Xeyruddin əl-Hadi vurğulayıb: Bu yarışlar Quranın hifzi, tilavəti və təfsiri ixtisasları üzrə komanda şəkilində keçirilib.

Universitet tələbələri arasında keçirilən Qurani-Kərim yarışlarının hədəfi Qurann mədəniyyətini elm ocaqlarında inkişaf etdirmək və Quran sahəsində parlaq istedadları tanımaq və tanıtmaq olub.

http://iqna.ir/fa/news/3800973

 

captcha