IQNA

İİR-nın PMT və XSK-nin sədri:

Məhbusların təbadülü təklifi gərginliyin yatırılması məqsədini güdür

16:54 - April 27, 2019
Xəbər sayı: 3485044
"Xarici İşlər Nazirliyinin və diplomatik sistemin məsuliyyəti budur ki, böhranın artması və genişlənməsinə mane olsun və gərginliyin ortadan qalxması üçün mövcud olan imkanlardan istifadə etsin."

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Hişmətullah FəlahətPişə İQNA ilə müsahibəsində İran İslam Respublikasının Xarici İşlər Naziri Dr. Məhəmmədcavad Zərifin təklifi barədə fikir bildirərək dedi: Cənab Zərif öz zati və vicdani vəzifəsinə əməl edir. Xarici İşlər Nazirliyinin və diplomatik sistemin məsuliyyəti budur ki, böhranın artması və genişlənməsinə mane olsun və gərginliyin ortadan qalxması üçün mövcud olan imkanlardan istifadə etsin.

O əlavə etdi: Xarici İşlər Naziri Dr. Məhəmmədcavad Zərif də səlahiyyət və ixtiyarından istifadə edərək bu mözvunu bəyan etdi. Və onun iranlı və amerikalı məhbusların təbadülü təklifi gərginliyin yatırılması məqsədini güdür.

Hişmətullah FəlahətPişə vurğuladı: Mənim fikrimcə İran İslam Respublikası və Amerikanın arasındakı gərginliyin genişlənməsindən daha çox qazanc əldə edən üçüncü oyunçudur. İran 114 il parlamentarizm və demokratiya tarixinə malikdir. Bu baxımdan İraq, Liviya, Əfqanıstan və digər qonşu ölkələrdən fərqlənir. İranın problemli və böhranlı bir atmosferə düşməməsi üçün kifayət qədər tutumu və təcrübəsi vardır. Buna görə də çalışır ki, dünya səviyyəsində İran barədə yaradılmış qara və kobud zehniyyəti təmizləsin.

İslam Respublikasının Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri dedi: Hazırkı vəziyyətdə də Amerika parlamentinin üç əsas komissiyasının (müdaifə, xarici əlaqələr və daxili təhlükəsizlik) rəhbərləri Trampın İrana qarşı siyasətlərinin əleyhinədirlər. Buna görə də cənab Zərifin atdığı addım ABŞ dövlətinin bir hissəsi və Amerika xalqına ünvanlanıb. Onlar bilirlər ki, İran və Amerika münasibətləri süni və həm də şübhəli şəkildə böhran vəziyyətinə çatdırılıb.

FəlahətPişə vurğuladı: İndiki halda İran və Amerika arasında müzakirə strategiyası yoxdur. Təkcə çıxış yolu böhranın genişlənməsinin qarşısını almaq və müharibədən uzaq qalmaqdır. Və İran çox yaxşı bilir ki, bir sıra üçüncü oyunçular bu vəziyyəti daha da gərginləşdirmək və böhranı genişləndirmək istəyirlər.  

http://www.iqna.ir/fa/news/3806754

 

Teqlər: iran ، abş ، amerika ، zərif
captcha