IQNA

Amerika "xeyriyyəçi"ləri islamofoblara 125 ml. dollarlıq yardım edib

10:27 - May 10, 2019
Xəbər sayı: 3485107
Amerika-İslam Şurası 2014-2016-cı illərdə bu ölkədə siyasi məqsədlər üçün xeyriyyə fəaliyyətləri adı ilə fəaliyyət göstərən təşkilatların islamofob qruplara 125 milyon dollar yardım etdiyini elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika-İslam Şurası 2014-cü ildən 2016-cı ilədək bu ölkədə siyasi məqsədlər üçün və xeyriyyə fəaliyyətləri adı altında fəaliyyət göstərən təşkilatların islamofob qruplara 125 milyon dollarlıq yardım etdiyini elan edib.

Amerika-İslam Şurasının hesabatında deyilir: Amerikada siyasi və mədəni sahələrdə anti-İslam təbliğat ən çox yayılmış fenomenlərdən biridir. ABŞ-dakı bəzi qrumlar islamofob siyasətləri və baxışları yaymaq xüsusi büdcə xərcləyirlər.

Araşdırmalar göstərir ki, Amerikada islamofob qruplaşmaları maliyyələşdirən 1096 təşkilat fəaliyyət göstərir. Və 2014-2016-cı illər ərzində islamofob qrumlar bu yoldan 1.5 milyard dollar qazanc əldə ediblər. Bu qazanc siyasi təşkilatlar, media, polis və təhsil sahələrində İslam əleyhinə və müsəlmanlara qarşı nifrət yaratmaq təbliğatı üçün xərclənib.

Hesabatda deyilir ki, bu puldan daha çox Amerikada tanınmış ACT for America və Middle East Forum kimi anti-İslam təşkilatlara xərclənib.

http://iqna.ir/fa/news/3809913

captcha