IQNA

Yeni Zelandiya terroru müsəlmanların biznesinə mənfi təsir qoyub

11:44 - January 17, 2020
Xəbər sayı: 3486514
Keçən ilin Mart ayında Yeni Zelandiyanın Kraystçerç şəhərinin iki məscidinə hücumla baş verən terror hadisəsi çox sayda müsəlmanın həyatını itirməsinə və yaralanmasına səbəb olmuşdu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən ilin Mart ayında Yeni Zelandiyanın Kraystçerç şəhərinin iki məscidinə hücumla baş verən terror hadisəsi çox sayda müsəlmanın həyatını itirməsinə və yaralanmasına səbəb olmuşdu.

Bu hadisənin fəsadları bu ölkədə yaşayan müsəlmanların həyatında, iş və biznesində də mənfi təsir qoyub. Hadisə baş verən zamandan bu yana müsəlmanların qazancı azalıb və iş yerlərinin bağlanmasına səbəb olub. Bəzi iş yerləri isə müştərilərini itirdiyi üçün satışa çıxarılıb.

Bəzi mağazaların sahibləri qazanclarının azalmasını müsəlman ailərlərinin çörək qazananlarının həmin hadisədə həyatını itirməsi ilə əlaqələndirirlər. Məsələn, həmin hadisədə həyatını itirənlərdən biri də ürək həkimi Əmcəd Həmid idi. Bu hadisədə onun iki oğlu da şəhid edilmişdi. Onlar "Mefco" qida məhsulları şirkətini idarə edirdilər. Onların ölümündən sonra Əmcədin qardaşı İman və bacısı oğlu Nur Həmid bu şirkəti idarə etməyə çalışsalar da yaxşı qazancaları olmadığı üçün satışa çıxarıblar.

İman Həmid deyir: Biz üç qardaş çörək bişirir və məhsulumuzun hamısını satırdıq. Terror hadisədindən sonra həftədə bir dəfə çörək bişiririk ki, onun da hamısını sata bilmirik.

Yeni Zelandiya dövləti terror hadisəsindən sonra təkcə məscidin yaxınlığında olan və terror zamanı tətil edilmiş iş sahiblərinə kiçik yardım etdi.        

https://iqna.ir/fa/news/3871785

captcha