IQNA

Sudanın adı terrorizmi dəstəkləyən ölkələr siyahısından silinsin

23:57 - February 09, 2020
Xəbər sayı: 3486656
BMT-nin baş katibi "Antonio Guterres" Afrikada terrorizmlə mübarizənin zəruri olduğunu vurğulayaraq Sudanın adının terrorizmi dəstəkləyən ölkələrin siyahısından çıxarılmasını istəyib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi "Antonio Guterres" Afrikada terrorizmlə mübarizənin zəruri olduğunu vurğulayaraq Sudanın adının terrorizmi dəstəkləyən ölkələrin siyahısından çıxarılmasını istəyib.  

O, bunu bu gün (Bazar, 9 Fevral 2020)  Afrika Birliyinin Efiopiyanın paytaxtı Adisababa şəhərində keçirilən iclasda deyib.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi "Antonio Guterres" Afrikada terrorizmlə mübarizənin zəruri olduğunu və buna görə Afrika ilə əməkdaşlıq üçün beynəlxalq əməl mexanizminin icad edilməsini vurğulayıb.

O deyib: Birləşmiş Millətlər Təşkilatı (BMT) və bu təşkilata bağlı bütün beynəlxalq qrumlar qara qitənin inkişaf etməsi və genişlənməsini dəstəkləyir.

Antonio Guterres bildirib: TŞ-nın (Təhlüləsizlik Şurası) terrorizmlə mübarizə qaydalarının yeddinci maddəsinə əsasən Afrika qüvvələrinin terrorizmin yayılmasının qarşısını almaq və sabitlik və təhlükəsizliyin bərqərar edilməsi üçün beynəlxalq dəstəyə ehtiyacı var.  

https://iqna.ir/fa/news/3877468

Teqlər: bmt ، afrika ، sudan ، iqna
captcha