IQNA

Ərbəin günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil olunur

11:48 - October 05, 2020
Xəbər sayı: 3488295
İmam Hüseynin (ə) hərəminə bağlı “İmam Hüseyn (ə) adına Rəqəmsal Media İnstitutu” Ərbəin günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil planını icra edir.
İmam Hüseynin (ə) hərəminə bağlı “İmam Hüseyn (ə) adına Rəqəmsal Media İnstitutu” Ərbəin günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil planını icra edir. 
Koronavirus epidemiyasının yayılmasına görə, İraq hökuməti Ərbəin ziyarətini digər ölkələrdən olan Əhli-beyt (ə) aşiqləri üçün qadağan edib.  Bu səbəbdən İmam Hüseyn (ə) hərəm xidmətçilərinin digər şəhər və ölkələrdən olan zəvvarların əvəzində Ərbəin günü naib kimi, həzrətin hərəmini ziyarət etməsi üçün qeydiyyat aparılır.
Məlumatda bildirilir ki,   https://imamhussain.org/enaba/ linki vasitəsilə  qeydiyyatdan keçmək lazımdır. 
Qeydiyyat üçün son tarix  8 oktyabrdır.  “İmam Hüseyn (ə) adına Rəqəmsal Media İnstitutu” bildirib ki, Ərbəin günü  saat 1-dək  qeydiyyatdan keçən hər bir şəxsin əvəzində  Ərbəin günü ziyarət olunacaq. 
Hər bir şəxs  bir və ya bir neçə nəfəri qeydiyatdan keçirə bilər. 
Qeydiyyat üçün nümunə: 

https://iqna.ir/fa/news/3926988 

 

captcha