IQNA

İran Qarabağda atəşkəsin pozulmasından təəssüfləndiyini bildirib

13:47 - October 12, 2020
Xəbər sayı: 3488344
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikası və Ermənistan arasında elan olunmuş atəşkəsin pozulmasından təəssüf ifadə edib.
İran Qarabağda atəşkəsin pozulmasından təəssüfləndiyini bildiribBeynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-ya istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün Azərbaycan Respublikası və Ermənistan arasında atəşkəs rejiminin pozulmasına münasibət bildirib. O, deyib: "İran atəşkəsin pozulmasından təəssüfləndiyini bildirərək, tərəfləri təmkinli olmağa dəvət edir, həmçinin həyati əhəmiyyətli infrastrukturlara və şəhərlərin yaşayış massivlərinə raket hücumunu və mülkilərin öldürülməsini qınayır və həyatını itirənlərin ailələrinin kədərini bölüşür".
 
Xətibzadə əlavə edib: "İran bir daha tərəfləri atəşkəsə riayət edərək, beynəlxalq hüquq, bir-birinin ərazi bütövlüyünə hörmət və işğal edilmiş şərələrin boşaldılması çərçivəsində danışıqlara başlamağa çağırır".

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi, həmçinin rəsmi Tehranın sülhün bərqərar edilməsi və daimi və dayanıqlı bir həll yoluna nail olmaq üçün Bakı-İrəvan danışıqlarına şərait yaratmağa hazır olduğunu bildirib.
captcha