IQNA

İmam Əlinin (ə) hərəminin minarəsi bərpa edilir- Foto

23:12 - December 15, 2020
Xəbər sayı: 3488860
Tehran (IQNA) - Həzrət İmam Əlinin (ə) müqəddəs ziyarətgahının şimal minarəsinin bərpası və baxım layihəsi üzərində işlərin yenidən başladığı bildirilib.

İmam Əlinin (ə) hərəminin minarəsi bərpa edilirLayihəyə nəzarət edən direktorlar şurasının üzvü cənab Fateh Al-Karmani bu barədə açıqlama verib. Açıqlamada bildirilir ki, Müqəddəs ziyarətgahın Baş Katibliyi koronavirus epidemiyasına görə, işlər bir müddət dayandırıldıqdan sonra, şimal minarəsinin bərpası və baxım layihəsi üzərində işlər minarənin gövdəsindəki inşaat işlərindən başlayaraq, rütubətə və müxtəlif iqlim şəraitinə davam gətirən epoksid materialla örtməklə, bərpa, tikinti və təmir işlərini daha irəli aparmaqla davam etdirməyə başladı.

Bütün mis panellərin istismarı da tamamlanıb boyama emalatxanasına göndərilib. Dülgərlik işləri, eyvan hasarının bərkidilməsi və minarə gövdəsinin mis kərpiclə örtülməsini əhatə edən qalan hissələr isə (30-40%), işlənmə və ya tamamlanma mərhələsindədir. Bundan sonra kərpiclər tamamilə qızılı təbəqə ilə örtülərək, bərkidiləcək.

Minarənin gövdəsinə bitişik olan eyvana gəlincə, bu hissədə bütün inşaat işləri başa çatıb və şimal minarəsinə bitişik Əllamə Hilli ziyarətgahının divarı üçün mis kərpic üzərində təmir işlərinin ikinci mərhələsi başlayıb.

İmam Əlinin (ə) müqəddəs ziyarətgahının Baş Katibliyinin keçən ilin əvvəlində (361) metrlik bir ərazidə cənubi minarəsi və onun yanındakı eyvan layihəsinin tamamlandığını və layihənin (7560) sənətkar və texniki işçilərin iştirakı ilə və içərisindəki mühəndis-texniki işçilərin nəzarəti altında (6430) qızılı plitənin yenidən qurulduğunu elan etmişdi. /imamali.net

 

captcha