IQNA

Ənənəvi İslam xəttatlığının qeyri-maddi dünya mədəni irs siyahısında qeydiyyatı

16:02 - December 17, 2021
Xəbər sayı: 3491382
Ənənəvi İslam xəttatlığı sənəti türk nümunəsi kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

"İQNA", "Anadolu" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Ənənəvi İslam xəttatlığı sənəti BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb ki, Bu sənətin qeydə alınması ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısındakı Türk Dünyası İrs Sahələrinin sayı 21-ə çatıb.

Türkiyədə ənənəvi İslam xəttatlığı məsələsi UNESCO-nun Hökumətlərarası Komitəsinin bu il Covid-19 epidemiyası ilə əlaqədar onlayn keçirilən 16-cı sessiyasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, İran da bu il YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün baxılan fayllar arasında "İranda Ənənəvi Xəttatlıq Sənətinin Qorunması üzrə Milli Proqram" adlı qeyri-maddi irs faylını təqdim edib.

15 ərəb ölkəsi də birgə bu il "Ərəb xəttatlığının bilik, bacarıq və üsulları" faylını Ümumdünya Qeyri-Maddi İrs Siyahısına daxil etmək üçün təqdim ediblər.

4021276

captcha