IQNA

Sarayevoda "Qələmlə müstəqilliyə qədər" festivalı keçirilib

20:06 - February 28, 2022
Xəbər sayı: 3491826
Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Bosniya Fars Kolleci kompleksi tələbələrinin iştirakı ilə "Qələmlə müstəqilliyə qədər" festivalı təşkil edib.

"İQNA", Sarayevodan xəbər verir ki, bu festival Fəcr ongünlüyü və Bosniya və Herseqovinanın müstəqilliyinin ildönümü münasibətilə fevralın 11-də (bəhmən ayının 22-də) başlayıb və fevralın 28-dək davam edib.

Bu proqram İranın Bosniyadakı mədəniyyət müşaviri və Sarayevo şəhərinin Eliaş rayonunun merinin iştirakı və dəstəyi ilə həyata keçirilib. Bu festivalda ibtidai və yuxarı sinif şagirdləri iştirak edib.

Bu festival çoxsaylı mədəni və bədii proqramlarla müşayiət olunub. Bu proqramlar həyata keçirildikdən sonra iştirakçılara hədiyyələr təqdim olunub.

kod

4039207

captcha