IQNA

Həzrət Əbəlfəzl (ə) hərəmi Ərbəin ziyarətçilərinə Quran və xidmət proqramları təqdim edir

7:29 - August 11, 2025
Xəbər sayı: 3498677
İQNA – Həzrət Əbəlfəzl (ə) hərəmi Nəcəfül-Əşrəfdə Ərbəin ziyarətçiləri üçün Quran məclisləri, təlim proqramları və loqistik xidmətlər təşkil edib.

İQNA-nın verdiyi xəbərə görə, Həzrət Əbəlfəzl (ə) hərəmi Nəcəfül-Əşrəfdə Ərbəin ziyarətçiləri üçün Quran məclisləri, təlim proqramları və loqistik xidmətlər təşkil edib. Hərəmin Nəcəf filialına bağlı Quran İnstitutu Kərbəla istiqamətindəki yollarda bir neçə Quran dayanacağı quraraq ziyarətçilərə “Fatihə” surəsi və qısa surələrin düzgün qiraətini, namaz zikirlərini öyrədib. 40-dan çox qarinin və hafizin iştirak etdiyi bu dayanacaqlarda məqsəd ziyarətçilərin dini biliklərini artırmaq olub.

Bundan əlavə, institut ziyarətçilərə yemək, içki və qəlyanaltı təqdim edən xidmət çadırı qurub. Burada 6000 stəkan su, 5600 ədəd şirə və şirniyyat paylanıb. Yolboyu keçirilən Quran məclislərində İraq və Misir üslubunda tilavətlər, hafizlərlə interaktiv proqramlar və Əhli-beyt (ə) həyatını yad edən mərasimlər təşkil olunub.

Bu fəaliyyətlər Həzrət Əbəlfəzl (ə) hərəminin Ərbəin ziyarətçilərinə mənəvi və maarifləndirici mühit yaratmaq istiqamətində göstərdiyi dəstəyi əks etdirir.
3501255

Teqlər: Ərbəin ، quran
captcha