IQNA

Fransada müsəlmanlara qarşı nifrət yayılmasını artıran sorğulara etiraz

12:07 - November 24, 2025
Xəbər sayı: 3499271
İQNA - Fransa Müsəlman Şurası bir fransız jurnalını sorğulardan sui-istifadə edərək Fransadakı müsəlmanları daxili bir təhdid kimi göstərməkdə ittiham edib.

“İQNA”-nın “Midl East Online”-a istinadən verdiyi xəbərə görə, Fransa Müsəlman Şurası bu ölkədə müsəlmanlarla bağlı keçirilən sorğulardan onların əleyhinə istifadə olunmasını pisləyib.

Bu etiraz, 7 oktyabr 2013-dən sonra Qərb cəmiyyətlərində, o cümlədən Fransada islamofobiyanın artdığı bir şəraitdə ifadə olunur; Avropaya mümkün radikal qrupların hücumları ilə bağlı davam edən narahatlıqlar və bu hadisələrin ifrat sağçı və mühacirət əleyhdarı hərəkatlar tərəfindən sui-istifadə olunması fonunda.

Şura tərəfindən yayımlanan bəyanatda qeyd edilir ki, fransız sorğu şirkəti Ifop yaxınlarda Ecrins du Ville adlı fransız jurnalı üçün Fransadakı müsəlmanlarla bağlı bir sorğu keçirib və burada fransız müsəlman vətəndaşları və onların dini ayinləri hədəf seçilib.

Bəyanatın bir hissəsində deyilir: “Bu sorğuda təqdim edilən nəticələr anti-müsəlman çevrələr tərəfindən geniş şəkildə qəbul olunub və Fransadakı müsəlmanların ölkəmiz və onun institutları üçün daxili və mövcudluq baxımından bir təhdid kimi göstərilməsi üçün istifadə edilib.”

Fransa Müsəlman Şurası müsəlmanlarla bağlı sorğuların yanlış təfsiri barədə xəbərdarlıq edərək, təxminən min nəfər arasında keçirilmiş son sorğunun ehtiyatla dəyərləndirilməsinin vacibliyini və yanlış ümumiləşdirmələrin qarşısının alınmasını vurğulayıb.

Şura bildirib: “Bu sorğu iddia edir ki, müsəlmanlar getdikcə dini hökmlərə Fransanın qanunlarından daha çox üstünlük verirlər. Bu kontekstdə sorğu xüsusilə heyvanların kəsilməsi (ənənəvi dini kəsim) məsələsinə toxunur. Halbuki bu, həm fransalı müsəlmanlar, həm də yəhudilər arasında geniş yayılmış tamamilə qanuni dini təcrübədir. Buna görə də bu dini əməli Fransanın qanunlarına zidd kimi təqdim etmək yanlışdır.”

Ötən ilin may ayında minlərlə insan bir neçə təşkilat və tanınmış şəxslərin çağırışı ilə Parisdə etiraz aksiyası keçirərək “Fransada islamofobiyanın yüksəlişi”ni pisləyib və Fransanın cənubundakı bir məsciddə qəddarcasına qətlə yetirilmiş malili gənc Abubəkr Sisə artan islamofobiya fonunda ehtiramlarını bildiriblər.

Müsəlman icmaları fransalı müsəlmanların tam hüquqlu vətəndaşlar kimi hüquqlarının daha çox qorunmasını və təmin edilməsini tələb edirlər. Onlar həmçinin islamofobiya ilə mübarizə üçün hüquqi, siyasi və sosial səviyyələrdə konkret tədbirlərin görülməsini və bu fenomenin cinayət kimi tanınmasını istəyirlər.

4318833

Teqlər: fransa ، müsəlmanlar ، nifrət ، sorğu
captcha