“İQNA”-nın İranın Televiziya Agentliyin istinadən verdiyi xəbərə görə, Məhəmmədbaqir Qalibaf, Seyid Abbas Əraqçi və Əli Baqerinin iştirakı ilə İran danışıqlar heyəti, ekspert komitələri ilə birlikdə Pakistanın İslamabad şəhərində təxminən 21 saatlıq intensiv müzakirələr aparıb. Heyət siyasi, hərbi və dinc nüvə texnologiyası sahələrində xalqın əsas hüquqlarını müdafiə edərək ABŞ-ın əlavə tələblərinin qarşısını alıb.
Məlumata görə, ABŞ tərəfi müharibədə əldə edə bilmədiyi bir sıra güzəştləri, o cümlədən Hörmüz boğazı ilə bağlı məsələləri və nüvə materiallarının ölkədən çıxarılmasını danışıqlar masasında əldə etməyə çalışıb, lakin İran heyəti buna imkan verməyib.
İran heyəti müxtəlif təşəbbüslərlə ABŞ tərəfini ortaq çərçivəyə yaxınlaşdırmağa çalışsa da, ABŞ-ın “həddindən artıq tələbkar” mövqeyi onların rasional və realist davranmasına mane olub və nəticədə razılaşma əldə edilməyib.
Bir neçə raund danışıqlardan sonra İran heyəti bir qədər əvvəl Pakistanı tərk edib.
4345901