IQNA

Sisi"nin tərəfdarları Quranı təhrif etdilər!

10:44 - February 03, 2014
Xəbər sayı: 1370076
Beynəlxalq qrup: Misir prezidentliyinə namizədliyi ehtimal olunan "Əbdül-Fəttah Sisi"nin tərəfdarları mitinq zamanı Quranı ayəsini Sisinin xeyirnə təhrif edərək, Qurandan öz siyasi hədəfləri üçün istifadə etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misir çapı olam "əl-misriyyun" qəzetinə istinadən verdiyi xəbərə görə Misir prezidentliyinə namizədliyi ehtimal olunan indiki müdafiə naziri "Əbdül-Fəttah Sisi"nin tərəfdarları, onu himyə etmək məqsədilə keçirilən mitinq zamanı Quranı ayəsini Sisinin xeyirnə təhrif edərək, Qurandan öz siyasi hədəfləri üçün istifadə etdilər.
Onlar mitinq zamanı əllərinə belə bir cümlə yazılmış plakard götürmüşdülər: "Ya əyyuhəl ixvan, udxulu məsakinəkum ləyuhtəmənnəkum əs-sisi və cunuduhu" - یا أیها الإخوان ادخلوا مساکنکم لیحطمنکم السیسی وجنوده – Ey İxvançılar evlərinizə girin ki, yoxsa Sisinin və qoşunun ayağı altında qalarsınız.
Onlar bu cümləni Quranın Nəml surəsinin 18-ci ayəsini – یَا أَیُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاکِنَکُمْ لَا یَحْطِمَنَّکُمْ سُلَیْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا یَشْعُرُونَ – Ey qarışqalar girin yuvanıza ki, məbada Süleyman və qoşunları size görməyərək ayaqları altına alarlar" – təhrif edərək düzəldiblər.
Onlar bu pis işləri ilə Qurandan siyasi hədəflər üçün istifadə edərək bütün İslami ölkələrdə müqəddəs sayılan bu kitaba hörmətsizlik ediblər. Bu cür hərəkətlərin davam etməsi həm Misir və həm digər ölkələrdə ciddi iğtişaşlara və sabitliyin pozulmasına səbəb ola bilər.

1369642

captcha