IQNA

Dr. Ruhani: İslam Dünyası dəyişikliyə ehtiyaclıdır

14:21 - February 19, 2014
Xəbər sayı: 1377316
Siyasi qrup: İran İslam Respublikasının prezidenti cənab Höccətul-İslam Dr. Ruhani “İslami Ölkələrin Milli Məclisləri Birliyini”nin iclasının açılışında dedi: “İslam Dünyasında dəyişiklik fikir və dialoqda dəyişikliyə ehtiyaclıdır”.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının prezidenti cənab Höccətul-İslam Dr. Həsən Ruhani dünən (18 fevral 2014) “İslami Həmkarlıq Təşkilatı”na üzv olan “İslami Ölkələrin Milli Məclisləri Birliyini”nin iclasının açılışında dedi: “İslam Dünyasında dəyişiklik fikir və dialoqda dəyişikliyə ehtiyaclıdır”.
İran prezidenti müsəlmanların özlərinin təhlükəsizlik blokundan keçmələri vacibliyini vurğulayaraq, deyib: “İslam Dünyasında dəyişiklik fikir və dialoqda dəyişikliyə ehtiyaclıdır”.
Dr. Həsən Ruhani Tehranda Sammit Zalında keçirilən Parlamentlərarası iclasın 9-cu dövründə söyləyib: “İslam Dünyasında dəyişiklik fikir və dialoqda dəyişikliyə ehtiyaclıdır. O, əlavə edib: Biz müsəlmanlar tez bir zamanda öz cəmiyyətlərimizə hakim kəsilmiş təhlükəsizlik blokundan keçməli və beynəlxalq səviyyədə qüdrət, sərvət istehsalı və məqsədyönlü inkişaf blokuna nəql olunmayıq. Zira sionistlər hamıdan çox regionun böhranlı durumundan faydalanırlar”.
Ruhani deyib: Iran İslam Respublikası İslam Dünyasına münasibətində bütün islam ölkələri, xüsusən regionun müsəlman ölkələrinin maraqlarını nəzərdə saxlayır”.
İran prezidenti terrorçuluğu kobud və sərhədiaşan bir bəla adlandıraraq, əlavə edib: “Terrorizmlə mübarizə adı altındakı kobudluqlar da pislənilir; təzyiq və sanksiyanın tətbiqi kobudluğun digər bir təzahürü olaraq, insan haqlarına qarşıdır”.
Ruhani İrana qarşı birtərəfli sanksiyaların kobudluğun bariz nümunəsi olduğunu bildirərək, əlavə edib: “Sanksiyalar rəsmilər və dövlət başçılarını hədəfə almaqdan daha çox adi əhalini qurban edir və sanksiyaların nəticələri elə militarizm və odla oynamadır”.
Ruhani, İslam məclisləri birliyi iclasının müsəlmanların tərəqqisi istiqamətindəki hədəflərə çatacağına ümid edərək, İran İslam Respublikasının bu birliyin hədəflərinin irəliləyişi sahəsində həmkarlığa hazır olduğunu vurğulayıb.

1376694

captcha