“İQNA”-nın "Şəhab News"a istinadən verdiyi məlumata görə, beynəlxalq hüquq eksperti və "AFDI" beynəlxalq təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Əbdülməcid Mərari bildirib ki, sionist rejim sülh üçün heç bir məna tanımır və öz cinayətlərini davam etdirir.
O, "Sülh Şurası"nı bu cinayətləri və soyqırımı ört-basdır etmək üçün bir pərdə kimi təsvir edərək bildirib ki, bu şura işğalçı rejimin simasını təmizləmək və onun cinayətlərinə legitimlik qazandırmaq istiqamətində fəaliyyət göstərir.
Bu beynəlxalq hüquq eksperti qeyd edib ki, qlobal səviyyədə real siyasi iradənin olmaması soyqırımın davam etməsi və cinayətlərin dayanmaması deməkdir.
Mərari əlavə edib ki, ABŞ-ın bölgədəki zorakılığı, sionist rejimin beynəlxalq qanunlara təcavüzü və qlobal qurumlara qarşı çıxması fonunda, bu rejimi cəzalandırmaq və mühakimə etmək əvəzinə, öz vəzifələrini yerinə yetirən və Fələstin xalqını dəstəkləməyə çalışan təşkilatlar təzyiq və cəzaya məruz qalırlar.
O, BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım və İş Agentliyini (UNRWA), Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərini və beynəlxalq şüarların və qərarların yalan olduğunu ifşa edən insan hüquqları təşkilatlarını öz rollarını yerinə yetirdikləri üçün təzyiq və cəzaya məruz qalan qurumlar və şəxslər sırasına aid edib.
Mərari qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən çıxarılan bir çox qətnamələr kağız üzərində mürəkkəbdən başqa bir şeyə çevrilməyib və nəticədə beynəlxalq ictimaiyyətin laqeydliyinin və hökumətlərin məsuliyyətsizliyinin bədəlini Fələstin xalqı, Qəzza zolağının sakinləri, fələstinli uşaqlar və qadınlar ödəyirlər.
O əlavə edib ki, dövlətlər "Sülh Şurası" yaratmalarına baxmayaraq, bu cinayətləri dayandırmaqda və Fələstin xalqını müdafiə etməkdə aciz qalıblar.
Bu beynəlxalq ekspert sonda "Sülh Şurası"nı yalnız ABŞ prezidentinin eqosunu doyurmaq üçün yaradılmış nümayişkaranə bir qurum kimi təsvir edib.
4365495