İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Əl-Əvamiyyə”nin “tayyar.org” xəbər portalına istinadən verdiyi xəbərə görə, bir daha Səudiyyə təhlükəsizlik qüvvələri Qətif vilayətində yerləşən şiələrin yaşadığı Əvamiyyə şəhərinə basqın edərək, heç bir səbəb olmadan sakinlərin evlərinə atəş açıblar.
Polis mərkəzi qüvvələrinin evlərə tərəf atəş açması yaşayış evlərindən birinin od tutmasına səbəb olub. Belə ki, təhlükəsizlik qüvvələrinin Əvamiyənin şimalında yerləşən “Səfva” məntəqəsində çox sayda zirehli avtomibili yerləşdirilib.
Bir neçə gün bundan öncə Səudiyyə qüvvələrinin atəşi nəticəsində 2 nəfər şəhid olmuş, digər 5 nəfər isə yaralanmışdı. 2011-ci ildən etibarən, Ali-Səud rejiminə qarşı xalqın dinc qiyamında Qətif şəhidlərinin sayı 21 nəfərə çatıb.
Verilən xəbərələrə görə Ərəbistan və hətta dünya KİV-ləri də Əvamiyyədəki cinayətləri dünya ictimaiyyəti üçün işıqlandırmırlar. Bu bir halda baş veirir ki, Əvamiyyədə şəhid olanlardan birinin bədənini 11 güllə ilə deşiblər.