İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “CAİR” informasiya saytına istinadən verdiyi xəbərə görə Amerikanın Minnesota əyalətinin Sintpal şəhər polisi hicablı polis qadınların hicabla işə qəbulu ilə razılaşdı.
Minnesota əyalət polisinin bu qərarının ardınca Amerikanın İslami Əlaqələr Şurasının dəftərxanası Sintpal şəhər polis idarəsinə öz təşəkkürünü bildirdi.
Amerikanın İslami Əlaqələr Şurası öz bəyaniyyəsində bildirib ki, belə bir qərarın verilməsi səbəb olacaq ki, bundan sonra daha çox müsəlman qadın ictimaiyyətə xidmət göstərmək üçün polis idarəsində işə düzəlsin.
Bu qərardan sonra Sumalidən olan Kadra Məhəmməd ilk müsəlman qadın olaraq həftənin altıncı günü mart ayının birində dini hicabla işə çıxdı. O, Sintpal şəhər Polis Akademiyasının məzunudur.
Bundan üç ay öncə də Kanadanın Adminton şəhər polisi hicablı qadın polislərin iş başında dini örtükdə olmaları ilə razılaşmışdı. Adminton polisi eyni zamanda daha çox müsəlman qadını polisə cəzb etmək üçün hicablı polis geyim modeli də sifariş etmişdi.