Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) "hurriyet daily news" internet xəbər səhifəsinə istinadən verdiyi xəbərə görə dünyanın ən uzun Quran-Kərimi 25 metr uzunluqda və Türkiyənin Ərzurum şəhərinin şərqində Yaqutiyyə mədrəsəsində "Müqəddə Miras" sərgisində nümyaiş etdirilir. Bu sərgidə Quran-Kərimin 99 qədim əlyazma nüsxəsi sərgiyə qoyulmuşdur.
Səgirdə nümayiş etdirlən Quran əlyazma nüsxələri dünyanın bütün ölkələrinin Hüsnüxətt yazarlarının tərəfindən yazılmış nümunələrdir. Burada Çidnən tutmuş Mərakeş, Tunis, Misr, İraq, İran və Hindistan kimi böyük tarixə malik ölkələrdən Hüsünxətt ustalarının əsələri sərgiyə qoyulmuşdur.
Bu sərgidə dünyanın ən uzun Quran nüsxəsi sayılan 25 metrlik əlyazma nüsxə bütün tamaşaçıların diqqətini özünə çəkə bilmişdir. Bu nüsxənin Hicrinin 9-cu əsrində yazıldığı ehtimal olunur. Və təkcə Türkiyədə bu Qurandan bir nüsxə mövcuddur. Bu Quran dünyanın nadir əsərlərindən biridir ki, xüsusi bir üslub ilə yazılmışdır.
"Müqəddəs Miras" sərgisi bundan öncə İstanbul, Ğaziitab, Diyarbəkr və digər şəhərlərdə keçirilmişdir.