IQNA

Cakartada "İslami turizim" beynəlxalq toplantısı keçiriləcək

10:01 - May 17, 2014
Xəbər sayı: 1407305
Beynəlxalq qrup: İlk dəfə olaraq İslami Həmkarlıqlar Təşkilatı tərəfindən İndenoziyanın paytaxtı Cakartada "İslami turizim" beynəlxalq toplantısı keçiriləcək.

Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) "halal focus" xəbər saytına istinadən verdiyi xəbərə görə ilk dəfə olaraq İslami Həmkarlıqlar Təşkilatı tərəfindən İndenoziyanın paytaxtı Cakartada "İslami turizim" beynəlxalq toplantısı keçiriləcək. Bu toplantıda İslami Həmkarlıqlar Təşkilatına üzv olan 57 müsəlman ölkəsi arasında qəbul olunmuş şəriət qanunlarına uyğun turizimin genişləndirlməsi müzakirəsi əsas hədəfdir. Toplantı may ayının 31-dən iyun ayının 1-dək iki gün müddətində keçiriləcəkdir.
Sapta Niruvandar – İndenoziya Turizim Nazirinin müavini, bu barədə deyib: Keçən il "Gambiya"da keçirlən toplantıda qərara alınmışdı ki, İslami ölkələrin Turizim nazirləri bu il "Cakarta"da İslami Turizimin genişləndirilməsi hədəfi ilə bu ilki toplantı keçirilsin.
Dünya müsəlmanlarının 2030-ci ilədək çoxsaylı artımını nəzərə alaraq (dünya cəmiyyətinin 26 faizi və 2 milyarda nəfədən çox) deyə bilərik ki, İslam turizimi də inkişaf edəcəkdir.
Bu toplantıda İslami turizimin dünyadakı təsirindən və bu təsiri gücləndirməyin yolları və bu vasitə ilə də dünya iqtisadiyyatına kömək etmək müzakirə obyekti olacaqdır.
Biz, İslami turizimin rövnəq tapması üçün hotel və restoranları da təchiz etməyi qərara almışıq.

1406699

captcha