İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Hövzə xəbərləri" (www.hawzahnews.com) saytına istinadən verdiyi xəbərə görə Höccətul-İslam vəl-müslimin Seyid Hüseyn Qəzvini – Ümumdünya "Vilayət" şəbəkəsinin müdiri, Qum şəhərinin "Pərdise Farab Universiteti"ndə keçirilən "Dinlər baxımından təkfirçiliyin müqayisəvi araşdırılması" toplantısında düşmənlərin fəaliyyətlərini açıqlama yönündə onların müsəlmanlar arasına təfriqə və ikitirəlik yaratmaq proqramlarından danışdı.
O, bu məsələyə işarə edərək dedi: "Şiə və Sünnilər arasında təfriqə yaratmaq istemarçı qüvvələrin çox köhnə proqramlarından biridir ki, müsəlmanları bir-birinin canına salaraq, onları məhv etmək üçün istifadə edirlər. Onlar bu yol ilə bu günə qədər bir çox uğurlar (!) əldə ediblər.
Təkfirçilik məsələsi müsəlmanlar arasında köklü məsələlərdəndir. Qədimdən başqa bir tayfanı işğal etmək istəyən tayfa hədəfə aldığı tayfaya "təkfir" dağması vurur və sonra hücum edirdi. Bunun aşkar nümunəsi Xalid bin Vəlidin hələ İslamın ilk çağlarında Malik bin Nüveyrəyə qarşı törətdiyi cinayət idi".
Hüseyni, İbn Teymiyyəni 7-ci hicri əsrində "təkfirçilik" barədə Vəhabiyyət üçün əsas teorist adlandıraraq vurğuladı: "İlk dəfə təvəssülün şirk olduğunu İbn Teymiyyə önə çəkmiş və demişdir ki, övliyalara təvəssül edənlərin qanı və malı halaldır! Sonralar da bu adamın azğın fikirləri azğın "vəhabiyyət" firqəsinin yaranmasına əsas səbəb oldu.
Qəzvini "vəhabiləri" ingilislərin becərməsi adlandıraraq dedi: "İngilis, bu qoca istemarçı, həmişə müsəlmanların vəhdətini pozmaq və təfriqə yaratmaqla məşğul olub və bu yönəmdə İranda "bəhaiyyət", İraqda "əxbarilik" və Ərəbistanda "vəhabiyyət"i yaratmışdır.
İranda alimlərin hüşyarlığı nəticəsində "bəhaiyyət" ayaq tutsada yeriyə bilmədi. Amma Ərəbistanda "vəhabiyyət"in inkişafı üçün mədəni və elmi dalaqalmışlıq səbəbindən münbit şərait var idi.
Vəhabilər insanları məscidlərdə rüku və səcdə halında öldürdülər. Quranları yandırdılar. Məzhəbi məkanları dağıtdılar. Bu pis əməlləri nəticəsində Ərəbistana hakim kəsilə bildilər. Diri qalmaq istəyənlər gərək "ibn əbdül-vəhab"ın dinini qəbul edəydilər.
Təkfir kabusu 250 ildir ki, qara buludlar kimi müsəlmanların başının üzərindən çəkilmək bilmir. Bu gün də istemarçı qüvvələr bu cür əqaidləri gücləndirməklə tam gücləri ilə bu fitnəni qızışdırmağdadırlar.
O vurğuladı: "Yəhudi və Məsihi cavanlarının İslama meyilli olmasının sürətli inkişafı və İslami Oyanış, Qərb ölkələrini vahiməyə salmış və onlar bu qorxunun qarşısını almaq üçün hər qiymətə olursa olsun İslamı dünyada ləkələmək və kobud bir din kimi göstərmək istəyirlər. Bunun üçün isə Ərəbistan və Qətərin büdcəsini xərcləyirlər".
O sonda dedi: "Biz hələ də İslamı olduğu kimi dünyaya çatdıra bilməmişik. Peyğəmbərin sünnəsinin və Qurani-Kərimin gözəlliklərini dünya xalqlarına aşılamağı bacarmamışıq. Çünki başımız həmişə siyasi məsələlərə qatışıq olub".