İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziyanın "Bernama" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Malaziyanın Beynəlxalq Quran Yarışlarının 56-cı turu bu gün, 15 iyun 2014-cü il tarixində bu ölkənin paytaxtı Kualalampur şəhərində öz işinə başlayır. Açılış mərasimi bu axşam müxtəlif İslam ölkələrinin nümayəndələrinin iştirakı ilə bu şəhərin "PUTRA CAYA" dünya ticarət mərkəzində keçiriləcəkdir. Yarışlar iyun ayının 21-dək davam edəcək.
Bu turun yarışları Malaziya dövlətinin ölkədə müsəlmanlar arasında sülhü və vəhdəti bərqərar etmək siyasəti yönündə "Etidal (orta yol), İslam ümmətinin vəhdət sütunu şüarı ilə keçirilir.
Bu yarışlarda İran İslam Respublikası tərəfindən Qərbi Azərbaycan olan Hamid Vəlizadə Xəlxali iştirak edəcəkdir. O, peşəkar Quran qiraətçisidir.