İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə "İbrahimi din"lərin davamçıları Qəzzəni zolağının məzlum sakinlərini himayə etmək və dünyada sülh və təhlükəsizliyinin bərqərar olması üçün iyul ayının 14-də Hamburqun İmam Əli (ə) məscidində toplaşaraq dua mərasimi keçirdilər. Bu mərasim Almaniyanın İslam Akademiyasının təşəbbüsü və İbrahimi dinlər və məzhəblərin tanınmış və nüfuzlu şəxsiyyətlərinin iştirakı ilə günahsız Qəzzə əhalisinin azadlığı üçün müxtəlif dillərdə dua etməklə keçirildi.
Bu mərasimdə Əhli-sünnə məzhəbinin nümayəndələri, Yəhudi icması, Protestant və Katolik Məsihilər dua məqamında duraraq öz müqəddəs kitablarından sülh və mənəviyyət üçün dua oxudular. Həmçinin iştirakçılar şam yandıraraq Qəzzər, Suriya və İraqda qətliam zamanı öldürülən məzlum müsəlmanların acı xatirəsini andılar.
İbrahimi dinlərin davamçılarının Almaniyanın Hamburq şəhərinin İmam Əli (ə) məscidində və Hamburq İslam Mərkəzində toplanması və dua mərasimi kütləvi