IQNA

Ənsarullah ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı birgə təcavüzünü pislədi

15:08 - July 29, 2026
Xəbər sayı: 3500855
İQNA- Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı birgə təcavüzünü pisləyərək, Bağdadın bu təcavüzə cavab vermək hüququnun olduğunu vurğulayıb.

Yəmənin "Əl-Məsirə" kanalına istinadən "İQNA"-nın məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu bəyanat yayaraq, ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı birgə təcavüzünü kəskin şəkildə pisləyib və bunu "qeyri-qanuni, qorxaqca bir addım və bütün beynəlxalq qanun və nizamnamələrə zidd" hərəkət kimi qiymətləndirib.

Ənsarullah bu hücumu İraqın suverenliyinə və xalqına qarşı açıq hücum hesab edərək vurğulayıb ki, bu addım ABŞ və Səudiyyə Ərəbistanının regionda sionist layihəsinə xidmət edən hegemonluq siyasətinin davamıdır.

Bəyanatda İraq dövlətinin, ordusunun, xalqının və müqavimətinin bu təcavüzə cavab vermək hüququ təsdiqlənib və Yəmən xalqının İraq xalqına tam dəstəyi bəyan edilib.

Ənsarullahın siyasi bürosu, həmçinin Birləşmiş Millətlər Təşkilatından regiondakı "ABŞ, sionist rejim və Səudiyyə Ərəbistanının təcavüzləri" qarşısında öz məsuliyyətini yerinə yetirməsini tələb edib.

Son məlumatlara görə, ABŞ və Səudiyyə Ərəbistanının İraqın müxtəlif bölgələrinə, o cümlədən Həşdi-Şəbi bazalarına qarşı həyata keçirdiyi birgə təcavüz nəticəsində 10 Həşdi-Şəbi döyüşçüsü şəhid olub və həmin mərkəzlərə ziyan dəyib.

4366837

captcha