IQNA

Qahirədə məscid imamları üçün Quranın elmi ecazkarlığı təlimi kursları

13:23 - September 02, 2014
Xəbər sayı: 1445939
Beynəlxalq qrup: Misirin Vəqflər Nazirliyi ölkənin paytaxtı Qahirə şəhərində xüsusi olaraq məscid imamları üçün nəzərdə tutulmuş "Quranın Elmi Ecazkarlığı təlim kursları"nın keçirilməsi barədə xəbər verib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Misri əl-yəvm" (Misirim bu gün) qəzetinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Misirin Vəqflər Nazirliyi ölkənin paytaxtı Qahirə şəhərinin Abbasiyyə regionunun "Nur məscidi"ndə  xüsusi olaraq Misirin məscid imamları və onların elmi, mərifəti səviyyəsinin yüksəldilməsi  və əqidəvi savadlarının artırılması üçün nəzərdə tutulmuş "Quranın Elmi Ecazkarlığı təlim kursları"nın keçirilməsi barədə xəbər verib.



Misirin Vəqflər Nazirliyi cümə günü (5 sentyabr) bu barədə bəyaniyyə yayaraq elan edib: Məhəmməd Muxtar Cümə (Misirin Vəqflər Naziri), Şeyx Cabir Taye (Qahirənin Vəqflər İdarəsinin müavini) və Şeyx Əhməd Türk (Qahirənin Vəqflər İdarəsinin Təbliğ bölməsinin rəisi) bu təlim kurslarına nəzarət edəcəklər.



Keçirilmə vaxtı dəqiq müəyyən olunmayan bu təlim kurslarında Quran-Kərimin insanın cimsi barədə ecazkarlığı və Peyğəmbərin (s) qəzəb və əsəbi kontrol emtək barədə hidayətedici göstərişləri elmi baxımdan təhlil ediləcəkdir.   



Xəbərdə deyilənə görə oxşar kurslar Misirin digər əyalətlərində də keçiriləcəkdir.



Verilən məlumata görə Misirin Vəqflər Naziri bu ilin Həcc mərasimi karvanlarına qoşulacaq Camaat İmamları cə Xətiblərin də adlarını açıqlayıb.



Bu ilin Həcc karvanlarına Misirin müxtəlif şəhərlərindən 20 Camaat İmamı və Xətib dini dərslərin təlimi, dini suallara cavablar və namazlara imamlıq etmək üçün qoşulacaqdır.



1445199

Teqlər: misir ، qahirə ، imam ، ecazkarlıq ، elmi ، həcc ، karvan
captcha