IQNA

Dünya şiələri şadlıq içindədir; Böyük İmamət və Vilayət bayramı

23:59 - October 12, 2014
Xəbər sayı: 1459710
Xarici şöbə: Qədir-Xum bayramı bütün şiələr tərəfindən şadyanalıqla qarşılanır. Bütün düyna şiələri İmamət və Vilayət bayramını qeyd edirlər. Almaniya, Filippin, İtaliya, Rusiya, Türkiyə və başqa ölkələrdə bu böyük bayram münasibəti ilə mərasimlər keçirilir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) dünya KİV-lərinə istinadən verdiyi xəbərə görə İran İslam Respublikasının dünyanın müxtəlif ölkələrində olan səfirliklərində və Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə şiələr böyük Qədir-Xum bayramını şadyanalıqla qeyd edirlər.



Qədir-Xum bayramı bütün şiələr tərəfindən şadyanalıqla qarşılanır. Bütün düyna şiələri İmamət və Vilayət bayramını qeyd edirlər. Almaniya, Filippin, İtaliya, Rusiya, Türkiyə və başqa ölkələrdə bu böyük bayram münasibəti ilə mərasimlər keçirilir. Aşağıda dünyanın bəzi şəhərlərində keçirilən mərasimlərə işarə edirik:



İtaliya; Rumun “Şəhid Bahünər” adlı Elmi Təlim Mərkəzində bazar günü (12 oktyabr) şiəlrin iştirakı və müxtəlif proqramların icrası ilə bayram mərasimi keçirildi.



Alman; Bu gün (12 oktyabr) Frankfurtun İslam Mərkəzi tərəfindən və Almaniyanın universitet ustadlarının iştirakı ilə bayram mərasimi keçirildi.



Rusiya; Moskvanın “Xatəmul-ənbiya” məscidində və başqa mühüm şəhərlərdə bu gün mərasimlər keçirilib və sabah (13 oktyabr) üçün də bayram proqramları və mərasimlərinin keçiriləcəyi nəzərdə tutulmuşdur.



Türkiyə; Bu gün Türkiyədə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə və digər Şiə mərkəzləri tərəfindən şiələr böyük Qədir-Xum bayramını müxtəlif şəhərlərdə şadyanalıqla qeyd etdilər.



Tacikistan; Bu gün Tacikistanda İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə və İran səfirliyinin məscidində şiələr böyük Qədir-Xum bayramını şadyanalıqla qeyd etdilər.



Filippin; Bu gün Filippinin Manil şəhərində Cameətul-Mustafanın kollecinin rəisinin çıxışı və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Qədir-Xum bayramı keçirildi.



1458857 

Teqlər: qədir ، xum ، nəcəf ، imam ، əli
captcha