İQNA - İran Atom Enerjisi Təşkilatının sədri Əliəkbər Salehinin, MAQATE müfəttişlərindən 2 nəfərinin İranın nüvə fəaliyyətləri barədə təhrif edilmiş informasiyalar təqdim etməsinə görə ölkəyə daxil olmasına qadağası, agentlik və Ağ Ev nümayəndələrinin etirazına səbəb olub.
Əliəkbər Salehi bazar ertəsi günü bir müsahibədə bəyan edib: İİR Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin diqqətinə çatdırıb ki, agentliyin müfəttişlərindən 2 nəfəri İranın nüvə fəaliyyətləri haqda yalan informasiyalar verməsinə görə, xüsusilə də informasiyaları dəqiqləşmiş tarixdən tez ifşa etmələrinə görə İrana daxil olmaq haqları yoxdur.
Agentliyin sözçüsü Qrek Veb İranın son qərarına dair etirazda bəyan edib ki, Agentlik müfəttişlərin professional amma bitərəfcəsinə səylərinə tam etimad etmir.
ABŞ Dövlət Departamentinin sözçüsü P.C Krauli də bazar ertəsi günü gülünc bir mövqe tutaraq bildirib: İİR agentliklə əməkdaşlıq səviyyəsini azaltmağı qarşıya məqsəd qoyub.