İQNA İran Quran xəbər agentliyi bildirir ki, İranın Qətərdə mədəniyyət işləri üzrə təmsilçisi cənab Əhmədi bu qrupun bütün ramazan ayını Qətərdə proqramlar icra edəcəyini bildirib. Əhmədi İranla Qətər arasındakı dini rabitələrin güclənməsindən, hərtərəfli əməkdaşlıqdan danışıb. Ötən il Qum hövzəsi ilə Qətər Universiteti arasında Əhli-beyt maarifi mövzusunda müştərək seminar keçirilib. Əhli-beyt maarifi əsasında vəhdətin təmini növbəti seminarın da əsas mövzusu olacaq.
609593