Azərbaycanda məscidlərin tikintisi və təmirinə nəzarət edən yeni şura yaradılıb. "Azərbaycanda məscid tikmək və ya təmir etmək istəyən müvafiq sənədləri şuraya təqdim etməlidir. Yalnız şuranın müsbət qərarından sonra, məscid tikilə və ya təmir edilə bilər", Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.