IQNA

Londonda mübarək ramazan ayına hazırlıq

13:52 - July 11, 2010
Xəbər sayı: 1954157
Beynəlxalq sektor: Cari il 24-25 iyulda Londonda “Mübarək ramazan ayına hazırlıq” kursları fəaliyyət göstərəcək. Kursların “Təyyibun” Quran təlimi institutunda təşkili nəzərdə tutulur.
İQNA İran Quran xəbər agentliyi Tayyibun informasiya mərkəzinə istinadən xəbər verir ki, 2 gün 10:00-dan 16:00-dək davam edəcək kursların məqsədi müsəlmanları dini vəzifələri tanış etmək, onlara ramazan ayından daha çox bəhrələnmək şəraiti yaratmaqdır.
Təyyibun institutunda 12-27 iyul arası Qurani-Kərimin oxunuşunda təcvid qaydaları ilə tanışlıq kursları da keçiriləcək. Kurslarda Mərakeş, Ərəbistan, Britaniya və Misirdən ustadlar çalışacaq. Britaniya müsəlmanları Qurani-Kərimin düzgün oxunmasına yetərincə maraq göstərdiklərindən bu kurslar onların ürəyincə olub.

612666
captcha