IQNA

Türkiyədə Halal məhsul beynəlxalq sərgisi

14:02 - July 11, 2010
Xəbər sayı: 1954163
Beynəlxalq sektor: 30 sentyabr - 3 oktyabr arası İstanbulda Halal məhsul beynəlxalq sərgisi keçiriləcək.
İQNA İran Quran xəbər agentliyi Gidaraporu agentliyinə istinadən bildirir ki, sərgidə İran, İraq, Suriya, Çin, İndoneziya, Hollandiya, Britaniya da daxil olmaqla 40 ölkənin halal məhsulları nümayiş etdiriləcək. 15 min kv metr sahəyə malik olan CNR Expo sərgisində düzənlənəcək tədbir bütün dünyanın marağına səbəb olub. Sərgidə İslam şəriətinin tələblərinə cavab verən ərzaq məhsulları, gigiyenik və tibbi məhsullar nümayiş etdiriləcək. Sərgidəki məhsullara xüsusi ekspert qrupu nəzarət edəcək.

612615
captcha