IQNA

İran müsabiqələri Moskva müsabiqələrindən çox professionaldır

13:26 - July 13, 2010
Xəbər sayı: 1955021
Beynəlxalq sektor: Moskvada Quran müsabiqələrində iştirakçılar arasında rəqabət daha sadədir. İrandakı müsabiqələrin daha professional olduğu göz qabağındadır.
İQNA İran Quran xəbər agentliyi 27-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinə qatılmış qırğızıstanlı nümayəndə ilə söhbətləşib. Jumbek Kurbanlı Ulu deyib: “İkinci dəfədir ki, Beynəlxalq Quran müsabiqəsində iştirak edirəm. İlk dəfə ötən il Moskva müsabiqəsində olmuşam.” Kurbanlı Ulu Qurani-Kərimi dörd ilə əzbərləyə bilib. Ötən il Moskva müsabiqəsində 6-cı yeri tutub. Qırğızıstanlı nümayəndə İran müsabiqəsinin daha professional olduğunu, bu müsabiqədə fərqlənməyin çətinliyini bildirib.

612779
captcha